Hindistanda körpü və magistral tikinti layihələrində istifadə edilən xüsusi təyinatlı kranın dağıldığı bildirilib. İlk təsbitlərə görə 17 işçi həyatını itirib.
Rəsmilər körpü və magistral tikinti layihələrində istifadə edilən xüsusi təyinatlı kranın dağıldığını açıqlayıb.
Elchi.az bu barədə The “Indian Express”-ə istinadən xəbər verir.
17 işçinin həyatını itirdiyi qəzadan dərhal sonra hadisə yerinə çatan Milli Fəlakətə Qarşı Mübarizə Qüvvəsi , polis və yanğınsöndürənlərin işindən sonra yaralanan 3 işçi xəstəxanaya çatdırılıb. Maharashtra Dövlət Yol Tikinti Korporasiyasının prezidenti Dada Buse qəza yerinə baş çəkdikdən sonra “Daha çox insanın dağıntılar altında qalması ehtimalı var. Ərazidə xilasetmə işləri davam edir”,-deyib. Səlahiyyətlilər dağıntılar altında ən azı 6 nəfərin qaldığını düşündüklərini bildiriblər.
Nuranə Məmmədova




