Nigerdəki çevrilişlə əlaqədar ABŞ vətəndaşlarının təxliyəsi planlaşdırılana qədər onlara heç bir təhlükə yoxdur. Elchi.az Reuters-a istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
“Biz ABŞ vətəndaşlarına və ya obyektlərimizə birbaşa təhdid əlamətləri görmürük. Ona görə də hazırda Nigerdəki mövcudluqla bağlı mövqeyimizi dəyişməmişik”. Kirbi vurğulayıb ki, Vaşinqton ölkədəki vəziyyəti hər saat izləməyə davam edir.
Daha əvvəl o qeyd edib ki, ABŞ Nigerdə dövlət çevrilişi üçün Rusiya tərəfindən təşkilatlanma və ya hər hansı dəstək əlamətləri görmür. O əlavə edib ki, Rusiyanın maddi dəstəyinə dair heç bir sübut yoxdur, baş verənlərə görə Moskva hansısa şəkildə məsuliyyət daşıyır.
Qeyd edək ki, iyulun 27-nə keçən gecə hərbçilər prezident Məhəmməd Bazumun istefasını və hakimiyyətin Vətənin Qurtuluşu Milli Şurasına keçdiyini, habelə sərhədlərin bağlandığını, konstitusiyanın fəaliyyətinin dayandırıldığını və fəaliyyətinə qadağa qoyulduğunu elan etdilər.
Havar Şəfiyeva




