“Nigerdəki dövlət çevrilişinin arxasında Rusiyanın dayandığına dair heç bir əlamət yoxdur və ABŞ Qərbi Afrika ölkəsindəki mövcudluğu ilə bağlı qərarını dəyişməyib”.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu fikirləri Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib.
ABŞ hökuməti ABŞ-ın Nigerə gələcək yardımı ilə bağlı hələ qərar qəbul etməyib.
Xatırladaq ki, hərbi xunta ötən çərşənbə günü yeddinci hərbi çevrilişlə Nigerin demokratik yolla seçilmiş prezidenti Məhəmməd Bazumu və onun hökumətini devirdi.
Yeganə




