ABŞ prezidenti Co Baydenin fotoları onun yaşından daha gənc görünməsi üçün fotoşop edilir.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə “Tounhall” nəşri məlumat yayıb.
Bu strategiya Amerika liderinin ikinci müddətə yenidən seçilmək şansını artırmaq üçün demokratların tərəfdarları tərəfindən irəli sürülüb. Qeyd edək ki, ABŞ seçicilərinin üçdə ikisi buna inanmır.
“Tounhall” portalı Co Baydenin fotoşəkillərini təhlil edib və şəkillərin işləndiyi qənaətinə gəlib. Xüsusilə, orijinal fotoşəkillərə rəng əlavə olunur, qırışlar hamarlanır, təbəssüm artır və ya əlavə olunur. Bu, ABŞ prezidentinə özündən daha gənc görünməyə imkan verir.
Yeganə




