Avqustun 2-nə keçən gecə Rusiya ordusu Odessa vilayətinə pilotsuz təyyarələrlə hücum edib.
Elchi.az xəbər verir ki, bu barədə Odessa Regional Dövlət Administrasiyasının rəhbəri Oleq Kiper məlumat verib.
“Düşmən gecə saatlarında Odessa vilayətinin cənubuna zərbə PUA-larını göndərib”, – məlumatda deyilir.
Hücum nəticəsində limanın obyektlərində və rayonun sənaye infrastrukturunda yanğınlar baş verib.
Nuranə Məmmədova





