"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Məcburi köçkünlərə “çörək pulu kartı” pulla verilir?

28 Yanvar 2015 - 18:10
in MANŞET

Ağdam şəhər icra nümayəndəsi Zabil Mehdiyevin “çörək pulu kartı” məcburi köçkünlərə pulla satdığı iddia olunur

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

rmmrİcra nümayəndəsi: “Sarvan kafesində oturmağımız doğrudur, oturub çay içirik, dərdləşirik və kimsə bizim çayımızın pulunu “hörmət” xətrinə verirsə, burda qeyri adi heçnə yoxdur”

Ağdam rayonunun ermənilər tərəfindən işğal olunan bir qrup məcburi köçkün PİA.AZ-a müraciət edib. Müraciətdə bildirilir ki, Ağdam şəhər icra nümayəndəsi Zabil Mehdiyev “çörək pulu kartı”nı onlara pulla verir. Qeyd edək ki, çörək pulu kartı 3 ildən bir məcburi köçkünlərə verilir və məcburi köçkünlər həmin kart vasitəsi ilə hər ay dövlətdən adambaşına 18 manat 15 qəpik müavinət alırlar.

Şikayətçi Ağdam məcburi köçkünləri isə bildirirlər ki, hazırda onların kartları yenilənir və Ağdam şəhər icra nümayəndəsi Zabil Mehdiyev müavini ilə birlikdə Bakı şəhərində bir həftəyə yaxındır ki, yeni kartları məcburi köçkünlərə təqdim edir. Amma iddia olunduğuna görə Zabil Mehdiyev həmin kartları heç də təmənnasız qaçqınlara təqdim eləmir. Belə ki, şikayətdə bildirilir ki, Zabil Mehdiyev 5 gündür müavini ilə birlikdə Bakı şəhəri Nəsimi rayonunda M.Əcəmi metrosunun yaxınlığında fəaliyyət göstərən “Sarvan” kafesində “çörək pulu kartı”nı paylayır. PİA.AZ-a müracəiət edən şikayətçilər bildirirlər ki, İcra nümayəndəsi hər bir kart üçün vətəndaşlardan 5-10 manat arası pul alır.

Həmçinin o da qeyd olunur ki, Zabil Mehdiyev bazar günü Sumqayıt şəhərində məskunlaşmış Ağdam şəhər məcburi köçkünlərinə də “çörək pulu kartı”nı 5 manata satdırıb.

Xatırladaq ki, Ağdam şəhərindən olan məcburi köçkünlərin təxmini sayı 30 min nəfərdən çoxdur və 10 mindən artıq ailə hazırda işğal dövlətdən müavinatlar alır. Yəni Zabil Mehdiyev hal-hazırda 10 mindən artıq məcburi köçkün ailəyə çörək pulu kartı verir. Və belə görünür ki, Ağdam icra nümayəndəsi dövlətin məcburi köçkünlərə bu yardımından heç də az qazanmır. Çünki adi hesablamaya görə “çörək pulu kartı”nın paylanmasından icra nümayəndəsinin qazancı minimum 50 min manatdan artıqdır. Etiraf etməliyik ki, bu kiçik qazanc deyil.

Bundan başqa bildirilir ki, işğal olunmuş Ağdam rayon kənd icra nümayəndələri də Bakı şəhər Yasamal rayon Elmlər Akademiyasının yaxınlığında yerləşən qərərgahda “çörək pulu kartı”nı pulla satmaqla məşğuldurlar. Belə çıxır ki, “çörək pulu kartı”nın satışı kütləvi xarakter daşıyır və əgər bu belədirsə, o zaman ehtimal etmək olar ki, baş verənlərdən Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov da xəbəri olmamış deyil.

Qeyd edək ki, məsələ ilə bağlı dünən PİA.AZ-ın əməkdaşı Ağdam şəhər icra nümayəndəsi Zabil Mehdiyevlə əlaqə saxlayıb. İcra nümayəndəsi bildirib ki, deyilənlər əsassızdır, böhtandır. Buna baxmayaraq icra nümayəndəsi əməkdaşımızla söhbətində “Sarvan” kafesində oturduğunu etiraf edib:

“Bütün deyilənlər əsassızdır, böhtandır və biz “çörək pulu kartı”nı heç kəsə pulla satmırıq. “Sarvan” kafesində oturmağımız isə doğrudur, oturub çay içirik, dərdləşirik və kimsə bizim çayımızın pulunu “hörmət” xətrinə verirsə, burda qeyri adi heçnə yoxdur”.

Qeyd edək ki, 3 il əvvəl də dövrü mətbuatda Ağdam İcra Hakimiyyətinin “çörək pulu kartı”nı məcburi köçkünlərə pulla satması barədə məlumatlar yayılmışdı.

Onu da xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev dünən, yanvarın 27-də Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda yekun çıxışı zamanı deyib ki, icra başçılarından rüşvətxorluqla məşğul olmamağı tələb edib:

“Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır. Çünki bir daha demək istəyirəm ki, Azərbaycanın inkişafı və ictimai-siyasi vəziyyətin müsbət istiqamətdə inkişafı bütün dünyada gedən böhranlardan asılı olmayaraq, bizim böyük sərvətimizdir”

pia.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Enerji pokerində təhlükəli gediş: “Türk axını” razılaşdırıldı, “Qazprom” ultimatum verdi

Next Post

Amnesty İnternational NİDA-çıları azad etməyə çağırıb

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Amnesty İnternational NİDA-çıları azad etməyə çağırıb

Elektron ticarətin qarşısı alınır: Verginin tətbiqi bu sahəni sıradan çıxara bilər

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.