Pentaqon F-16-nın Ukrayna Silahlı Qüvvələrinin pilotlarının təlimindən sonra Ukraynaya təhvil verildiyini açıqlayıb. Elchi.az bu barədə Lent.ru-ya istinadən xəbər verir.
Qərb müttəfiqləri F-16 qırıcılarını Ukrayna Silahlı Qüvvələrinin pilotları onların əməliyyatları üzrə müvafiq təlim aldıqdan sonra təxminən bir neçə ay ərzində Kiyevə təhvil verəcəklər. Müdafiə katibinin strategiya, planlaşdırma və imkanlar üzrə köməkçisi Mara Karlin bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken ABŞ-ın Ukraynaya F-16 qırıcıları göndərəcəyini bildirib. Eyni zamanda qeyd edib ki, qırıcıların çatdırılması bir neçə ay çəkə bilər. Blinken belə bir dövrün qırıcılara texniki xidmət göstərilməsi və pilotların hazırlanmasına ehtiyac olması ilə izah edib.
Havar Şəfiyeva






