Ukrayna taxılı ilə bağlı vəziyyət Kiyev və Varşava arasında münasibətlərə xələl gətirir. Elchi.az xəbər verir ki, bunu Fronda-ya müsahibəsində Polşanın keçmiş kənd təsərrüfatı naziri Yan Kşiştof Ardanovski deyib.
“Prezident Vladimir Zelenski başda olmaqla, Ukrayna siyasətçilərinin ritorikasının dəyişməsindən çox məyus oldum, onlar Polşanın maraqlarını qorumağa çalışdıqlarına görə küsməyə başlayıblar. Biz Ukraynaya nəhəng yardım göstərmişik, bəlkə də, imkanımızdan da çox”.
Ardanovski hesab edir ki, Ukrayna yaranmış vəziyyətdən istifadə edərək xüsusi şərtlərlə Avropa İttifaqının kənd təsərrüfatı bazarında öz yerini tutmaq istəyir. Bu baxımdan, onun sözlərinə görə, ölkədə ukraynalılara münasibət dəyişməyə başlayır.
Havar Şəfiyeva






