Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyindən müvafiq müraciət daxil olarsa, Avropa İttifaqı Nigerə qarşı hərbi əməliyyatı dəstəkləməyi nəzərdən keçirməyə hazırdır. Bu barədə brifinqdə Aİ Xarici İşlər Xidmətinin rəsmi nümayəndəsi Nəbilə Məsrəli məlumat verib. Elchi.az xəbər verir ki, tədbirin yayımı Avropa Komissiyasının saytında yerləşdirilib.
Massralinin fikrincə, Nigerdəki çevriliş demokratiya üçün təhlükədir. “Biz ECOWAS-ın çevrilişin regionda siyasi hakimiyyətin əsaslandığı demokratik prinsiplərin pozulmasına dair mövqeyini tam dəstəkləyirik”- deyə o vurğulayıb.
Qeyd edək ki, Nigerdə üsyan iyulun 27-nə keçən gecə baş verib.
Havar Şəfiyeva






