"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Əliyev ermənilərə işarə etdi: Əgər mən dedimsə…

02 Avqust 2023 - 15:13
in SİYASƏT

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibəsində Qarabağdakı erməni əhalisinə seçim təqdim etdi:

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

– Başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar;

– Başa düşməlidirlər ki, bizi saymamağa davam etsələr, bizim mövcud olmadığımız kimi davranmağa davam etsələr və ya “prezidenti”, “nazirləri”, “parlamentariləri” olan qondarma ölkədə yaşayırlarmış kimi davransalar, bu gün olduqları vəziyyət onların xeyrinə dəyişməyəcək.

Və Prezidentin müraciətinin sonunda bir qeydi xüsusilə diqqət çəkdi: “Biz onlara normal həyat təklif edirik. Düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm”.

Maraqlıdır, Əliyev “onlar bilirlər ki, mən sözümə əməl edirəm” dedikdə nəyi nəzərdə tutur, yaxud bunu nəyə əsasən deyir?

44 günlük müharibənin gedişində ermənilər Əliyevin dediyi sözlərə əməl etdiyinin şahidi oldu. Xüsusilə müharibənin ilk 10 günlüyündən sonra Ermənistan hakimiyyətinin təbliğat maşınının yalan olduğunu anlayan ermənilər “Əliyevə qulaq asın, doğru danışan odur” deyirdilər və sosial şəbəkələrin erməni seqmentində əsas müzakirə mövzusu da “Əliyev deyirsə ki, sona qədər gedəcək, deməli, elə olacaq” formasında idi. 44 günlük müharibənin nəticələri bunu təsdiq etdi.

Müharibədən sonra Əliyevin üç istiqamətdə atdığı addımlar təkcə Azərbaycanda və beynəlxalq siyasi arenada yox, həm də erməni əhalisi arasında müzakirə olunurdu:

– İşğal dövründə Ermənistanın qanunsuz olaraq irəli çəkdiyi dövlət sərhədini bərpa etmək;

– “Laçın dəhlizi”ni ləğv etmək və yola sərhəd-keçid məntəqəsi qurmaq;

– Qarabağdakı erməni əhalisinin reinteqrasiyasını təmin etmək.

Prezident İlham Əliyev dövlət sərhədini Araz çayından Murov dağına qədər praktiki olaraq təmin etdi. Laçına post qurdu və “Laçın dəhlizi” məsələsini tamamilə arvixə göndərdi. İndi Qarabağdakı erməni əhalisinin reinteqrasiyası istiqamətində addımlar atılır.

Və ermənilər də bilir ki, Əliyev bunu deyirsə, edəcək, onların bütün hüquq və təhlükəsizliyi də təmin olunacaq, daha yaxşı yaşaya biləcəklər;

Və Əliyev bilir ki, onun verdiyi sözə mütləq və mütləq əməl etdiyini ermənilər də bilir, buna görə də onlara düşdükləri vəziyyətdən xilas olmaq, Azərbaycan vətəndaşı olaraq rahat və təhlükəsiz yaşamaq seçimi təqdim edir.

Bu çağırış ritorika yox, reinteqrasiya istiqamətində rəsmi Bakının atacağı praktiki addımların anonsudur. Çünki bunu Əliyev deyir.

Asif Nərimanlı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğanla Putin danışdı

Next Post

Rusiyada avtomobil istehsalı 30% azaldı

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Rusiyada avtomobil istehsalı 30% azaldı

Rusiyada avtomobil istehsalı 30% azaldı

İlham Əliyev 4 fərman imzaladı

İlham Əliyev 6 fərman imzaladı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.