Siyasətçi bildirib ki, Rusiya məhsullarının ixracına heç bir sanksiya tətbiq edilməyib.
Elchi.az xəbər verir ki, Rusiya ölkələri “asılı” etmək üçün onlara ucuz qiymətə taxıl təklif edir. Bu fikri Aİ diplomatiyasının rəhbəri Josep Borrell məktubunda bildirib.
“Dünya tədarükün kəsilməsi və qiymət artımı ilə üzləşdiyi bir vaxtda Rusiya indi aşağı qiymətlərlə ikitərəfli taxıl tədarükü təklifləri ilə həssas ölkələrə müraciət edir”, – Borrell Reuters-in dərc etdiyi məktubda bildirib.
Borrelin sözlərinə görə, ərzaq məhsulları və kənd təsərrüfatı gübrələrinin üçüncü ölkələrə ixracına görə Rusiyaya qarşı heç bir sanksiyalar tətbiq edilməyib.
Şayəstə Hüseynova




