Rusiya hökumətinin saytı xəbər verir ki, Norveç Rusiyanın diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən ölkələrin siyahısına daxil edilib.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin saytında yerləşdirilən sənədə əsasən, siyahıda ölkələrin adları ilə yanaşı, Rusiya Federasiyasının ərazisində yerləşən qeyri-dost ölkələrin diplomatik nümayəndəliklərinin əmək müqaviləsi bağlaya biləcəyi şəxslərin sayı göstərilir.
Yeni sərəncama əsasən, Norveçdə 27 nəfərlik məhdudiyyət var.
2021-ci ilin mayında ABŞ və Çexiyanın, 2022-ci ilin iyulunda isə Yunanıstan, Danimarka, Sloveniya, Xorvatiya və Slovakiyanın diplomatik nümayəndəliklərinə məhdudiyyətlər qoyulub.
Hökumət vurğulayıb ki, siyahı yekun deyil. Xarici dövlətlərin düşmənçilik hərəkətləri nəzərə alınmaqla genişləndirilə bilər.
Yeganə




