Bir həftə ərzində 334 mindən çox sudanlı evlərini tərk etmək məcburiyyətində qalıb və ölkədə qarşıdurmaların başladığı 15 apreldən bu yana məcburi köçkünlərin sayı 3 milyonu keçib.
Elchi.az Reuters.com-a istinadən bildirir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Departamenti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, davam edən müharibə səbəbindən sakinlərin aclıq və köçkünlük vəziyyəti nəzarətdən çıxıb:
“Cəmi bir həftə ərzində 334 mindən çox insan ölkə daxilində məcburi köçkün vəziyyətinə düşüb. Aprelin 15-dən bəri 3 milyondan çox insan Sudan daxilində didərgin düşüb, 885 mindən çox sudanlı qonşu ölkələrə qaçıb”.
BMT-nin qeyd etdiyi kimi, Sudanda 20 milyondan çox insan kəskin ərzaq çatışmazlığı problemi ilə üzləşir, 6 milyondan çox insan və ya əhalinin təxminən 13 faizi hazırda aclıqdan əziyyət çəkir
Yeganə






