Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Cozep Borrel bildirib ki, Aİ Birləmiş Millətlər Təşkilatı (BMT) və Türkiyənin taxıl müqaviləsini bərpa etmək səylərini dəstəkləməyə davam edəcək.
Elchi.az BBC.com-a istinadən bildirir ki, onun bəyanatı Avropa Xarici Əlaqələr Xidmətinin saytında dərc olunub.
“Biz Birləşmiş Millətlər Təşkilatının və Türkiyənin Qara dəniz taxıl təşəbbüsünün bərpası istiqamətində səylərini dəstəkləməyə davam edəcəyik”, – deyə Borrel bildirib.
Borel Aİ-nin tərəfdaşlarından Rusiyanı bu təşəbbüslə bağlı danışıqlar masasına qayıtmağa çağırmağı xahiş edib. O, həmçinin əminliklə bildirib ki, Aİ Moskvaya onu bərpa etməyə nail ola biləcək.
Yeganə




