Rusiya prezidenti Vladimir Putin ayrı-ayrı istehsal müəssisələrinin rəhbərləri ilə görüşü zamanı vurğulayıb ki, bütün Rusiya məmurları yerli avtomobilləri idarə etməlidirlər.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki tədbir “Rossiya 24” telekanalı və “Lookout” media platforması tərəfindən yayımlanıb.
Putin xarici avtomobillərin dövlət alışını həyata keçirməməyi tapşırıb. O, qeyd edib ki, idxaldan tamamilə imtina etmək lazım deyil: “Amma əsas məsələlərdə biz öz istehsalçılarımıza diqqət yetirməliyik”.
Putin hesab edir ki, məmurların yerli avtomobillərdən istifadəsinə maraq göstərmələri avtomobillərin keyfiyyətinin yaxşılaşmasına kömək edəcək.
Daha sonra “AvtoVAZ”-ın rəhbəri Maksim Sokolov bildirib ki, ilin birinci yarısında şirkət ötən ilin eyni dövrü ilə müqayisədə hasilatı 70% – 135 min ədədə qədər artırıb.
Yeganə





