İstanbul polisi 3 rayonda 5 fərqli ünvanda keçirdiyi əməliyyatlarda bazar dəyəri 5 milyon lirə olan 12 min 295 saxta ətir ələ keçirib. Əməliyyat zamanı 5 şübhəli yaxalanaraq saxlanılıb.
Elchi.az bu barədə İHA-ya istinadən xəbər verir.
Ünvanlarda aparılan axtarışlar zamanı bazar dəyəri təxminən 5 milyon TL olan dünyaca məşhur brendlərə məxsus 12 min 295 ədəd dolu ətir, 269 min 692 ədəd boş şüşə, boş ətir qutusu, butulka qapaqları və etiketli məhsullar ələ keçirilib. Ələ keçirilən materiallar İstanbul Polis İdarəsinin Vətən kampusunda sərgilənib. Mövzuyla əlaqədar tutulan şübhəlilərin polis bölməsində əməliyyatları davam etdirilir.
Nuranə Məmmədova





