"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şəkər tozu yenidən bahalaşacaq – XƏBƏRDARLIQ

03 Avqust 2023 - 16:51
in İQTİSADİYYAT

Azərbaycanda pərakəndə və topdan satılan şəkər tozunun qiymətində artım müşahidə edilir. Pərakəndə satılan şəkər tozunun bir kiloqramının qiymətində 10-20 qəpik, topdan satılan şəkər tozunun (50 kiloqramlıq) qiymətində isə 3-4 manat artım olduğu bildirilir. Bundan başqa, marketlərdə şəkər tozunun məhdud sayda satılması barədə xəbərlər dolaşır.

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Ümumilikdə, şəkər qıtlığı yalnız Azərbaycanda deyil, digər ölkələrdə də müşahidə edilir. “Reuters” agentliyi “Green Pool” analitik agentliyinə istinadən yazır ki, bu il şəkər istehsalında 1,01 milyon ton həcmində kəsirin qeydə alınacağı gözlənilir.

Məlumat üçün bildirək ki, 2023-cü ilin ilk 6 ayında Azərbaycana 103 milyon dollar dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edilib.

Ölkədə şəkər qıtlığının səbəbi nədir? Gündəlik tələbat malları içərisində önəmli yer tutan şəkərin qiymətində daha çox artım ola bilərmi?

Mövzu ilə bağlı Modern.az-a danışan kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli şəkər tozu qıtlığının yaranma səbəblərini belə izah edib:

“Mövsümlə əlaqədar olaraq şəkər tozuna tələbat artıb. Yəni insanlar kompot və ya mürəbbə bişirirlər. Qış üçün şəkərlə tədarük olunan məhsulların artmasına görə tələbat da çoxalır. Bunun nəticəsində əvvəlki qayda ilə tədarük olunan şəkər tozunun qıtlığı yaranır, bu isə öz növbəsində qiymətin artmasına səbəb olur”.
Ekspertin fikrincə, qiymət artımının qarşısını almaq mümkündür:

”Ölkə daxilində ən böyük şəkər istehsalçısı “Azərşəkər” zavodudur. O zavodla hökumət arasında müəyyən razılaşma olmalıdır ki, yay aylarında şəkərə olan tələbatın artması nəzərə alınsın. Məhsulu başqa aylarda tədarük edib, yay aylarında daha geniş şəkildə satışa çıxarmaq olar. Bugünkü qiymət artımını aradan qaldıra bilərik. Amma zavodun işi də tənzimlənməlidir. Ölkədəki əsas şəkər istehsalçısı İmişlidəki şəkər zavodudur. Məsələn, yanvar ayından indiyə qədər şəkər zavodu təqribən 20 min ton şəkər ixrac edib. Həmin ixracatın 3-5 tonunu saxlayıb yay aylarında satışa çıxarsa, həm artan tələbat ödənilər, həm də şəkərin qiyməti sabit qalar. Rəqabət mühiti olmadığına görə zavod buna əhəmiyyət vermir. Hökumət bu barədə zavoda tapşırıq verməlidir”.

Akif Nəsirli düşünür ki, şəkər tozunun qiyməti sentyabr və oktyabr aylarında yenidən arta bilər:

“Zavod şəkəri tələbata uyğun bazara çıxara bilməsə, sentyabr və oktyabr aylarına qədər şəkər tozunun məhdud sayda olması halı davam edəcək. Ümumi qiymət artımına uyğun olaraq, şəkərin 5-10 qəpik bahalaşması mümkündür. Ancaq həddindən artıq qiymət artımının olacağını düşünmürəm. Çünki dünya bazarında şəkərin qiyməti o qədər də baha deyil”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ceyhun Bayramov Lui Bono ilə görüşüb

Next Post

Samara vilayətinin erməni səhiyyə naziri saxlanılıb

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post
Samara vilayətinin erməni səhiyyə naziri saxlanılıb

Samara vilayətinin erməni səhiyyə naziri saxlanılıb

İranda iki sənətçi həbs edildi

İranda iki sənətçi həbs edildi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.