Şahbaz və Dilqəmin erməni vəkillərindən apellyasiya şikayəti
Ermənilərin işğal olunmuş Kəlbəcər rayonunda girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəkilləri apellyasiya şikayəti veriblər.
ANS PRESS-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, Ş.Quliyevin vəkili Arkadiy İsraelyan müdafiə etdiyi şəxsin günahını qəbul etmədiyini deyib.
D.Əsgərovun vəkili Erik Beqlaryan isə müdafiə etdiyi şəxsin özünü günahkar bilmədiyi maddələrdən şikayət edəcəyini bildirib.
Qeyd edək ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov ötən ilin iyun ayında yaxın qohumlarının məzarlarını ziyarət etmək məqsədilə işğal altında olan Kəlbəcər rayonuna gediblər. Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni hərbçiləri tərəfindən girov götürülüb, Həsən Həsənov isə qətlə yetirilib.
Qondarma rejimin məhkəməsi D.Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib.
ANS PRESS



