"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Amerikalı jurnalistlər Gəncədə

04 Avqust 2023 - 12:36
in ÖNƏMLİ

Azərbaycana səfər çərçivəsində bir qrup amerikalı jurnalisti və media eksperti Gəncə şəhərində olub.

Bunu da oxuyun

Kəlbəcərin Baş planı təsdiqləndi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Diasporla İş üzrə Dövlət Komitəsindən Elchi.az-a bildiriblər ki, amerikalı qonaqlara Azərbaycanın ikinci şəhəri olan Gəncənin tarixi barədə ətraflı məlumat verilib. İkinci Qarabağ savaşı zamanı Ermənistan silahlı qüvvələri tərəfindən bəşəri dəyərlərə və beynəlxalq hüququn normalarına zidd olaraq cəbhə xəttindən uzaq olan Gəncənin mərkəzindəki yaşayış məntəqəsinin raketlərlə bombardman edildiyi nəzərə çatdırılıb.

Şəhərin bombardmana məruz qalmış hissəsini ziyarət edən qonaqlar bu dəhşətli hadisə zamanı həlak olmuş dinc sakinlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra nümayəndə heyəti “Xan bağı”, Şah Abbas Cümə məscidi, Gəncə Dövlət Filarmoniyası ilə tanış olublar, Qafqaz İslam Ordusunun Gəncədəki ilk şəhidlərinin xatirəsinə ucaldılan abidəni və Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər. Azərbaycanın dahi şairi və mütəfəkkiri, qüdrətli söz ustadı Nizami Gəncəvinin nakam eşq hekayəsi olan “Leyli və Məcnun” poemasını klassik ingilis şairi və dramaturqu Uilyam Şekspirin “Romeo və Cülyetta” əsərindən 4 əsr öncə yazması faktı, ingilis ədibinin “Leyli və Məcnun” əsərindən ilham aldığı fərziyyəsi qonaqlarda böyük maraq yaradıb.

Qeyd edək ki, nümayəndə heyətinə ABŞ-ın Yel Universitetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan azərbaycanlı jurnalist Vüsalə Abbasova, “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın qabaqcıl media qurumlarının (Fox TV, CNN, Al Jazeera) müharibə müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının tanınmış televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və paytaxt Vaşinqtondakı müxbiri, tanınmış bloger Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, Anadolu Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”ın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Rusiya diplomatları bu tarixdə Qafana gedəcəklər

Next Post

İranda bu il 423 nəfər edam edilib

Bənzər yazılar

Kəlbəcərin Baş planı təsdiqləndi

Kəlbəcərin Baş planı təsdiqləndi

02 May 2024 - 10:35

Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib.  Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

01 May 2024 - 15:37

Xarici işlər naziri Ceyhun Bayramov UNESKO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramosla BMT-nin İqlim Dəyişikliyi üzrə...

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

23 Aprel 2024 - 12:42

Azərbaycan-Ermənistan sərhədində yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin...

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

“Bankların təyin etdiyi faiz rəqəmlər ölkəmizin sosial vəziyyətinə uyğun deyil”

17 Aprel 2024 - 16:39

Bank sahəsi üzrə aparılan son araşdırmalara görə bankların faiz dərəcələri 9.5%-26% aralığında müəyyən edilib. Vətəndaşlar faiz dərəcələrin yüksək olma səbəbini...

Next Post
İranda bu il 423 nəfər edam edilib

İranda bu il 423 nəfər edam edilib

Hindistan Pakistanla danışıqlara hazırdır

Hindistan Pakistanla danışıqlara hazırdır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.