ABŞ-dakı səfir Anatoli Antonov bildirib ki, dünyada baş verən ərzaq böhranında Rusiyanı günahlandırmaq cəhdləri ona qarşı aparılan informasiya müharibəsinin bir hissəsidir. Elchi.az xəbər verir ki, onun sözləri diplomatik missiyanın “Telegram” kanalında verilib.
Antonov bildirib ki, Rusiya kənd təsərrüfatı məhsullarının etibarlı tədarükçüsü kimi çıxış edərək qlobal ərzaq təhlükəsizliyinə mühüm töhfə verir.
Onun sözlərinə görə, Rusiya tərəfi Afrikada dünya inkişafının fərqli və nüfuzlu mərkəzinin qurulmasına kömək etməklə, ərzaq təhlükəsizliyi, enerji, təhsil və ticarət sahələrində hərtərəfli əməkdaşlığı gücləndirməyə hazırdır. O hesab edir ki, belə yanaşma “Qərbin neokolonial praktikasının məntiqinə uyğun gəlmir”. Antonov əlavə edib ki, Qərb ölkələri qitə ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər qura bilmir.
Bundan əvvəl amerikalı hüquq müdafiəçisi və siyasətçi Ajamu Baraka Qərb ölkələrini Rusiya ilə taxıl müqaviləsi məsələsində vicdansızlıqda ittiham etib. “Qərbin vicdansızlığı və təkəbbürü diqqəti cəlb edir. Əgər Qərb razılaşmanın bir hissəsini yerinə yetirsəydi və Rusiya taxılına və gübrələrinə qoyulan məhdudiyyətləri aradan qaldırsaydı, Qara dənizdə taxıl sövdələşməsi uğursuzluğa düçar olmazdı”, – deyə Baraka bildirib.
Havar Şəfiyeva






