ABŞ-ın keçmiş prezidenti Donald Tramp onun məhkəməsini siyasi təqib adlandırıb. Elchi.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Onun fikrincə, ABŞ-da bu heç vaxt baş verməməli idi. “Bu, Respublikaçıların praymerizlərində çox, çox əhəmiyyətli üstünlüklə liderlik edən və [ABŞ prezidenti Co Baydeni çox qabaqlayan bir insanın təqibidir” dedi siyasətçi.
Avqustun 3-də Tramp Vaşinqtondakı məhkəməyə gəlib, burada ona Kapitoliyə hücumla bağlı yeni ittihamlar elan olunacaq. Keçmiş Amerika lideri daha əvvəl sosial şəbəkələrdə Kapitoliyə hücum ittihamı ilə həbs olunmağa hazır olduğunu bildirib.
Havar Şəfiyeva






