Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan avqusta planlaşdırılan görüşdə rusiyalı həmkarı Vladimir Putinə Ukrayna üzrə sülh danışıqlarının bərpası və atəşkəs üçün vasitəçilik təklif edə bilər.
Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti Türkiyə prezidentinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.
Ərdoğan administrasiyası əlavə edib ki, Türkiyə prezidenti bu gün Rusiya və Ukrayna prezidentlərinin güvəndiyi nadir liderlərdən biridir.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Ukrayna nümayəndə heyəti Səudiyyə Ərəbistanında Ciddədə otuzdan çox ölkənin nümayəndəsi ilə danışıqlar aparıb.
Nuranə Məmmədova




