Afrika qitəsində gərginlik artdıqca, Fransa Burkina Faso üçün bütün inkişaf yardımlarını və büdcə dəstəyini dayandırıb.
Elchi.az xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, Burkina Fasoya bütün inkişaf yardımları və büdcə dəstəyi növbəti xəbərdarlığa qədər dayandırılıb.
Nazirlikdən verilən məlumata görə, ötən il Burkina Faso üçün 13 milyon avro büdcə yardımı nəzərdə tutulub və Fransanın bu ölkəyə etdiyi inkişaf yardımının məbləği 482 milyon avroya çatıb.
Burkina Faso ötən il yanvar və sentyabr aylarında iki ayrı hərbi çevriliş yaşadı. Bu ilin yanvarında o, “Sabir” əməliyyatında iştirak edən fransız əsgərlərinin ölkədən getməsini tələb edib.
Nuranə Məəmədova





