ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Con Lauro CNN telekanalına müsahibəsində deyib ki, prokurorun siyasətçinin ictimai məlumat yaymasının məhdudlaşdırılması tələbi Ağ Evin söz və mətbuat azadlığına hücumudur. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Vəkil etiraf edib ki, Amerika mediasında prokurorluğun bu təşəbbüsünə qarşı birliyin olmaması onu şoka salıb. Onun fikrincə, 2021-ci ilin yanvarında Kapitoliyə hücumla bağlı işdə keçmiş Amerika liderinə qarşı ittihamlara rəhbərlik edən ABŞ Prokurorluğunun xüsusi nümayəndəsi Cek Smit qərar qəbulunda müstəqil deyil. Vəkil hesab edir ki, Smit Baş Prokurordan və ABŞ Ədliyyə Nazirliyindən icazə almağa borcludur.
Qeyd edək ki, bundan əvvəl ABŞ prokurorluğu Donald Trampın sosial şəbəkələrdə yazı dərc etmək imkanını məhdudlaşdırmaq üçün məhkəmədən istifadə etməyi təklif edib. Bu yolla hakimiyyət 2020-ci il seçkilərinə baxış işində proses iştirakçılarına təzyiq göstərə biləcək istintaq məlumatlarının açıqlanmasının qarşısını almağa çalışır.
Havar Şəfiyeva






