Avropa İttifaqının səlahiyyətliləri bir sıra nümayəndəliklərini Nigerdən təxliyə etməmək qərarına gəliblər. Elchi.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti assosiasiyadakı mənbələrə istinadən məlumat yayıb.
“Aİ-nin polis təlimi və sərhəd mühafizəsi missiyası, eləcə də vacib kadrlar hesab edilən humanitar missiya ölkədə qalacaq”, – deyə onlar qeyd ediblər.
Qeyd edək ki, Aİ-nin Nigerdəki missiyasının əməkdaşlarına öz istəkləri ilə ölkəni tərk etmələrinə icazə verildiyi barədə daha əvvəl məlumat verilib. Bununla belə, diplomatların və səfirlik işçilərinin təxliyəsi ilə bağlı rəsmi qərar qəbul edilməyib deyə Aİ Xarici İşlər Nazirliyinin sözçüsü Nabilə Massrali bildirib.
Havar Şəfiyeva






