İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Qərbi Afrika İqtisadi Birliyinin Nigeriyalı üsyançılara qarşı irəli sürdüyü ultimatumu uzadacağına ümid etdiyini bildirib. Elchi.az xəbər verir ki, o, bu barədə “La Stampa” nəşrinə müsahibəsində bildirib.
İyulun 30-da Nigerdəki vəziyyətlə bağlı keçirilən fövqəladə sammitdən sonra “ECOWAS” hərbçilərdən Nigerdə hakimiyyəti ələ keçirməyi, devrilmiş prezident Mohamed Bazumu azad etməyi və konstitusiya nizamını bərpa etməyi tələb edib. İcma hətta güc tətbiqi də daxil ola biləcək tədbirlərlə hədələyib. Qeyd edək ki, ultimatumun müddəti avqustun 6-da başa çatıb.
Baş nazirin müavini qeyd edib ki, müharibədən başqa başqa yolun tapılacağına əmin deyil. Eyni zamanda, onun sözlərinə görə, Avropa Afrikanın yeni müstəmləkəçiləri kimi qəbul ediləcəyi üçün silahlı qarşıdurmaya dözə bilməz.
Qeyd edək ki, bundan əvvəl Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar xarici dövlətin ölkəyə işğala hazırlaşdığını bəyan ediblər.
Havar Şəfiyeva






