Cənubi Afrika Respublikasının xarici işlər naziri Naledi Pandor Fransa prezidenti Emmanuel Makronun “BRİKS” sammitinə dəvət olunmadığını bildirib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
O, həmçinin bildirib ki, Hindistanın baş naziri Narendra Modinin səfərinin ləğvi ilə bağlı yayılan xəbərlər doğru deyil.
Pandor əlavə edib ki, böyük ehtimalla İran prezidenti İbrahimi Rəisi “BRİKS” sammitində iştirak edəcək.
Qeyd edək ki, iyulun 13-də Makron Cənubi Afrikadan olan həmkarı Siril Ramafosadan ona Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək “BRİKS” sammitində iştirak etmək imkanı verməsini xahiş edib. Sonradan məlum olub ki, nə Makron, nə də digər Qərb ölkələrinin liderləri dəvət almayıb.
Havar Şəfiyeva





