"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Keşlədə Şəhidlər Xiyabanına görə aksiya oldu – (Fotolar)

29 Yanvar 2015 - 18:58
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

kesleee“Sabah müharibə başlasa, qəsəbəyə şəhid gəlsə, dəfn etməyə yer yoxdur. Çünki qəsəbədəki Şəhidlər Xiyabanını da zəbt ediblər. Bura bir ailə köçüb, evinin qapısını xiyabana açıb”.

Bunu virtualaz.org saytının müxbirləri ilə söhbətində bu gün – yanvarın 29-da Keşlədəki Şəhidlər Xiyabanına toplaşıb aksiya keçirən qəsəbə sakinləri deyib.

Onlarla sakin bir müddət əvvəl bir fərdi evdən xiyabana açılan qapının bağlanmasını tələb edirdi. Sakinlər Şəhidlər Xiyabanında uyuyan şəhidlərin ailə üzvləri və yaxın qohumları idi.

Qəsəbənin Əfşari küçəsindəki Şəhidlər Xiyabanına açılan qapı şəhid ailələrinin qəzəbinə səbəb olub.

Qəsəbə sakini Lətif Mikayılovun dediklərindən: “Mənim bir dayım Qarabağ şəhididir, bu xiyabanda dəfn olunub. Şəhidlər Xiyabanına aid olan torpağı zəbt ediblər. Keşlə qəsəbəsinin icra nümayəndəliyi də bu qanunsuz hərəkətə havadarlıq edib. Yerli icra hakimiyyəti orqanları tərəfindən bu adamlara xiyabana qapı açmaq üçün icazə verilib. Torpaqlarımız hələ də işğal altındadır. Bu gün də cəbhədən şəhidlərimiz gəlir. İstənilən anda müharibə qızışa bilər və Allah eləməsin, yeni şəhidlərimiz gələ bilər. Biz onları harada dəfn edəcəyik?

İcra nümayəndəsi deyir mən sənədə qol çəkməmişəm, bələdiyyə deyir mən verməmişəm. Bəs hardan alıb bu sənədləri? Biz sənədlərinə baxdıq. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icazə verilib. Gəlib yerə baxıblarmı? Həm də Əmlak Komitəsi torpağa baxmır axı. Nə ixtiyarla sənəd veriblər?

Bir adam qarşıya çıxıb demir ki, niyə bura toplaşırsınız? İcra nümayəndəsinin qəbuluna düşə bilmirik”.

Qəsəbənin digər sakini Əlisgəndər Balayev deyir ki, onun da övladı bu xiyabanda uyuyur: “Bir oğlum da əlildir. Özüm də 11 ay Füzulinin 22 kəndinin azadlığı uğrunda can qoymuşam. Mən də getmişəm, heç kəs baxmır şikayətə. Gətirin icra nümayəndəsini üzünə deyim. Mən ona gedib deyəndə ki filankəs orada qapı açır, arxayın etdi ki, narahat olma, orada qapı olmayacaq. Ama elə gecə ilə də açdılar bu qapını…”

Qəsəbənin keçmiş icra nümayəndəsi Saday Əliyev deyir ki, köklü keşləlidir: “Vaxtilə bu xiyabanı salan mən olmuşam. Özü də lap müharibənin qızğın vaxtı eləmişik bunu… Bax, o başdan ta ki bütün buraları əlimizlə düzəltmişik. İndi kimsə gəlib, hazırına yiyə çıxıb. Buranı sonradan böldülər. Bölməklərində də məqsəd var idi. Bölündü, verildi onlara”.

Sakinlərin deməsinə görə, bir vaxtlar burada ağaclar əkilib, oturacaqlar da qoyulubmuş. Bir gecədə hamısını yığışdırıblar və əraziyə qapı açıblar. Sakinlər bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirir.

Qalmaqala səbəb olan həmin evin sahibinin həyat yoldaşı Sərmayə xanım çəkilişə razı olmasa da məsələyə münasibət bildirdi. O, sakinlərin sözü ilə razılaşmır: “Əksinə, biz bura köçəndən sonra ərazidəki zibilliyi təmizləmişik, abadlıq işi görmüşük”.

Xiyabana qapının açılmasına gəlincə isə Sərmayə xanım bu qapını ehtiyat qapı kimi açdıqlarını, evin əsas giriş qapısının isə başqa səmtə olduğunu dedi: “Bu xiyaban tərəfə açdığımız qapıdan toyuq-cücə üçün, nə bilim, iri əşyaların daşınmnası üçün istifadə edirik. Bir də ki, axı bu qapının xiyabana nə zərəri var? O adamlara nə aidiyyəti var ki? Qapının açılması üçün sərəncam da var. Bütün sənədlər yoldaşımın maşınındadır, yoldaşım da işdədir”.

Evin xanımı bundan əlavə heç nə demədi.

Sakinlər yollandılar qəsəbədəki 201 saylı orta məktəbə. Nizami rayon icra başçısı orada illik hesabat iclası keçirirdi. Sakinlər də elə yerindəcə başçıya dərdlərini demək istəyirdilər. Ancaq məktəbin qarşısına gələn bir neçə polis əməkdaşı onlardan dağılışmağı xahiş etdi. Sakinlərə bildirdilər ki, başçının qəbul günlərində Nizami Rayon İcra Hakimiyyətinə müraciət etsinlər.

Bu arada şəhid ailələri məktəbin qarşısındakı toz içərisində olan şəhid lövhəsini də sildilər. Lövhənin baxımsız vəziyyətdə olmasına narazılıqlarını bildirdilər.

Nizami Rayon İcra Hakimiyyətinin Keşlə qəsəbəsi üzrə nümayəndəsi Qara Qarakişiyev bu məsələyə belə münasibət bildirib ki, ev sahibinin açdığı qapı Dövlət Reyestri Xidməti tərəfindən verilmiş sənəddə əksini tapıb. Bu səbəbdən də icra nümayəndəliyinin bu məsələyə qarışmaq səlahiyyəti yoxdur. Sakinlər narazıdırsa, məhkəməyə müraciət edə bilərlər.

Qeyd edək ki, sakinlər bundan əvvəl də bir neçə dəfə etiraz aksiyası keçiriblər.

Almaz Məmmədli

Fotolar Vüsalə Abdullayevanındır

Virtualaz.org

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Dünyanın ən varlı adamı: "Axmağam"

Next Post

Metroda xanım sərnişinin harayı: “O, məni güdür” – (Foto)

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Metroda xanım sərnişinin harayı: “O, məni güdür” - (Foto)

Ramin Musayev klublara böhtan atır?

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.