İranda İslam İnqilabı Keçikçiləri Korpusu ilə bağlılığı olan saytlardan biri İsrailin baş naziri Binyamin Netabyahunun oğullarına sui-qəsd çağırışı edib. Musavat.com xəbər verir ki, məlumatı “The Daily Mail” yayıb.Saytda yeləşdirilən çağırışda deyilir ki, sui-qəsd İsrailin Suriya ərazisini atəşə tutması nəticəsində iranlı generalın və “Hizbullah” liderlərinin öldürülməsinin cavabı olmalıdır.
“Mashregh News” saytında Natenyahunun iki oğlunun başlarında snayper hədəfi olan fotolarını dərc edib.
Qeyd edək ki, Tehran İsrailin hava zərbələri nəticəsində İran generalının ölümünü təsdiqləyib. Bundan başqa, 6 iranlı əsgər və “Hizbullah”ın 6 üzvü də öldürülüb.
Musavat.com




