Ağ Evdə prezident Co Baydenin həyat yoldaşı Cil Baydenin ev sahibliyi etdiyi kibertəhlükəsizlik sammitində hakerlər məktəblərdə tələbələrin həssas məlumatlarına, o cümlədən tibbi, psixiatrik məlumatlara, cinsi təcavüz hesabatlarına edilən hücumları və bununla bağlı atılacaq addımları müzakirə ediblər.
Elchi.az xəbər verir ki, ixtisasca da müəllim olan Jill Bayden, uşaqların gələcəklərini qorumaq üçün onların şəxsi məlumatlarının qorunmasının vacibliyini vurğuladı.
Təhsildən məsul dövlət rəsmilərinin, məktəb rəhbərlərinin, təhsil işçilərinin və təhsil texnologiyası təminatçılarının iştirak etdiyi sammitdə universitetə qədərki məktəblərin kibertəhlükəsizliyinin gücləndirilməsi məsələsi müzakirə olunub.
Ağ Evin paylaşdığı məlumat qeydində son illərdə məktəbləri hədəf alan kiberhücumların artdığına diqqət çəkilərək, yerli və dövlət səviyyəsində kiber təhlükəsizliyin gücləndirilməsi üçün görüləcək tədbirlərə yer verilib.
Bu addımlara məktəblər üçün kibertəhlükəsizlik təlimi, yerli və əyalət səviyyələrində əməkdaşlıq, həmçinin Amazon Web Services, Google, Cloudflare daxil olmaqla texnologiya provayderlərinin qrantları və təlim proqramları daxildir.
Şayəstə Hüseynova




