Amerikanın Florida ştatının Tampa şəhərinin meri Ceyn Kastor ailəsi ilə balıq ovuna çıxıb və 30 kiloqramdan çox kokain tutub. Elchi.az xəbər verir ki, bu barədə “Tampa Bay Times” məlumat yayıb.
Uzun müddət polisdə çalışan Kastor plastik plyonkaya bükülmüş əşya görəndə nə olduğunu dərhal anlayıb. O, tapdığı narkotikləri Sahil Mühafizəsinə xəbər verib.
Qeyd edək ki, bundan əvvəl 22 yaşlı amerikalı Meksikadan ABŞ-a kokainlə doldurulmuş pendir keçirmək istəyəndə gömrükçülər onun qarşısını alıblar. Məlum olub ki, pendirin içərisində səkkiz kiloqramdan çox narkotik maddə gizlədilib.
Havar Şəfiyeva





