"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Qurbanovdan tənqidlərə reaksiya

09 Avqust 2023 - 20:31
in İDMAN

Bu komandanın təhlükəli və sürətli oyunçuları var.

Bunu da oxuyun

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Elchi.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Finlandiya HİK-inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis rəqibin müdafiə xətti də fərqləndirib:

“İndi rəqibin güclü, yaxud zəif tərəflərini desəm, düzgün çıxmaz. Amma çox yaxşı müdafiə olunurlar. “Rakuv”un oyun üslubuna yaxın futbol sərgiləyirlər. Buna diqqət etməliyik”.

O, sabahkı matçın komandası üçün vacib olduğunu söyləyib: “Hazırlığımız pis keçməyib. Futbolçuların durumu yaxşıdır. Hamımız ciddi şəkildə oyuna hazırlaşırıq. Çalışacağıq ki, meydanda əlimizdən gələni edək”.

Təcrübəli çalışdırıcının sözlərinə görə, ardıcıl 2 uğursuz oyundan sonra komandada gərginlik ola bilər: “Amma biz peşəkarıq, belə hallarla üzləşmişik. İllərdir, bu yolla gəlirik. Narahatlığım yoxdur. Bilsəm ki, komandam oyununu itirib, gücü yoxdur, o zaman narahat olaram. Yox, biz heç bir rəqibdən çəkinmiriksə, onlara qalib gəlmək gücündə olduğumuzu biliriksə, narahatlığa nə gərək var? Amma hər məğlubiyyətdən, düşünmədiyimiz hesablardan sonra gərginlik hiss olunur. Sabah yaxşı oyun göstərmək istəyirik. Bəlkə sürət, dinamika istədiyimiz kimi olmayacaq. Amma 90 dəqiqə meydandakı oyuna köklənib, səhvlərdən uzaq olmaq istəyirik”.

Qurbanov yenidən Tofiq Bəhramov adına Respublika stadionunda avrokubok oyunu keçirmələrinə də toxunub: “Əvvəl də demişdim ki, bizim üçün Bakının hər yeri doğmadır. Əlbəttə, mərkəzi arena biz daha yaxşı tanışdır. Çoxdandır, orada oynamırıq. Hər bir halda stadionun durumu yaxşı idi, pis deyildi. Məşqimizi etmişik. İnanıram ki, bu məqamın faydası olacaq”.

Baş məşqçi 2 il əvvəl HİK-in “Neftçi”ni Avropa Liqasından kənarlaşdırmasının hazırda ciddi əhəmiyyət kəsb etmədiyini vurğulayıb: “Keçmişə çox da baxmırıq. Bu gün futbol elə səviyyəyə gəlib ki, ildən-ilə dəyişikliklər olur. Rəqibin hazırkı durumu ilə yaxından tanış olmağa çalışdıq. Hər komandanın təcrübəsi artır. Düşüncəmiz sırf bugünkü HİK-lə bağlıdır”.

O, heyətlə bağlı ciddi problemlərin olmadığını əlavə edib: “Futbolçuların durumu pis deyil. Ciddi problemi olan oyunçu yoxdur. Yalnız Marko Veşoviçlə Abbas Hüseynov zədəlidir. Son çempionat oyunundan sonra bəzi futbolçularda mikrozədələr var. Lakin bunun sabahkı oyuna mane olacağını düşünmürəm. Heyətdə ciddi dəyişiklik gözlənilmir”.

Qurbanov Çempionlar Liqasında Polşa “Rakuv”una, Premyer Liqada isə “Zirə”yə məğlubiyyətindən sonra tənqidlərə məruz qalmasına da münasibət bildirib:

“Ölkəmi çox sevirəm. Biz hamımız bu Vətənin övladlarıyıq. Narazılıq, etiraz edirlərsə, bunu övlad kimi düzgün qəbul edirik. Biz də Vətən üçün çalışırıq. Bacardığımızdan da artığını etməliyik ki, bizim ölkəmizə, xalqımıza az da olsa, faydamız dəysin. Bunu hər zaman şərəflə yerinə yetirməyə çalışmışam. Sırf bu məsələ haqqında çox da fikir bildirmək istəmirəm. Normal haldır. Mən azərbaycanlıları və Vətənimi çox sevirəm”.

Qeyd edək ki, avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ərdoğan Hakan Fidanı təltif etdi

Next Post

BƏƏ lideri Putin və Zelenskini görüşdürmək istəyir

Bənzər yazılar

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

“Bayer 04” komandası yeni rekorda imza ata bilər

06 May 2024 - 21:27

Almaniyanın "Bayer 04" komandası yeni rekorda imza ata bilər. Elchi.az  xəbər verir ki, Xabi Alonsonun yetirmələri mayın 9-da UEFA Avropa...

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

Azərbaycanın futbol millisi Qazaxıstan ilə üz-üzə gələcək

06 May 2024 - 15:40

Futbol üzrə Azərbaycan millisinin beynəlxalq yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib. Elchi.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma...

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

Azərbaycan çempionatı: “Kür” və “Bakı” növbəti qələbələrini qazanıblar

06 May 2024 - 14:46

Kişi həndbolçuların Azərbaycan çempionatında 19-cu tura Bakıda start verilib. Elchi.az xəbər verir ki, “AHF Arena”da keçirilən turun mərkəzi oyununda “Azəryol”la “Kür” üz-üzə...

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

“Qarabağ” “Neftçi” ilə oyunda rekorda imza atıb

06 May 2024 - 11:03

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2023/2024 mövsümündə vurduğu ev qollarının sayını 50-yə çatdırıb. Elchi.az  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər...

Next Post
BƏƏ lideri Putin və Zelenskini görüşdürmək istəyir

BƏƏ lideri Putin və Zelenskini görüşdürmək istəyir

İlham Zəkiyev Avropa ikincisi oldu

İlham Zəkiyev Avropa ikincisi oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.