Nyu York-da Metropolitan Operasında bir etirazçı səhnəyə dırmaşıb və Putinə Ukraynaya görə etiraz edib. Operada Rusiya klassik ifaçıları Anna Netrebko və Valeri Georgiyevin konserti gedirmiş.Netrebko ötən il Ukraynadakı separatçıların lideri Oleg Saryovla birlikdə göründükdən sonra tənqid olunub. Georgiyev isə Rusiyanın mədəniyyət nazirliyinə açıq məktubunda Kremlin Ukrayna siyasətinə “möhkəm” dəstəyini bildirib.
Ukraynapərəst fəal Roman Torgovitski səhnədə Putin və Adolf Hitlerin fotoları olan plakat qaldırıb və dərhal da həbs olunub. Bu barədə dostu “Azadlıq” radiosuna məlumat verib.
Torgovitski ilə əlaqə saxlamaq mümkün olmayıb.



