Kiyevin əks-hücumu ləng gedir və bu da Rusiyanın güclü müdafiə mövqeyi ilə bağlıdır.
Elchi.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
Əks-hücum yavaş-yavaş, lakin dayanmadan irəliləyir. Ən böyük problem son ildə rusların qurduğu güclü müdafiə mövqeləri ilə bağlıdır. Hərbçilərimiz çətin irəliləyir”, – Kuleba bildirib.




