Qərbi Afrika Ölkələri İqtisadi Birliyinin başçıları assosiasiyanın sammiti zamanı Nigerdə mümkün qədər tez hərbi əməliyyata başlamaq barədə razılığa gəliblər. Elchi.az “Alarabiya”ya istinadən xəbər verir ki, bunu Kot-d İvuarın prezidenti Alassan Uattara Abucadan qayıdarkən bildirib.
“Aparat rəisləri detalları yekunlaşdırmaq üçün daha bir neçə görüş keçirəcəklər, lakin bizim “ECOWAS” ölkələrinin dövlət başçılarının əməliyyata ən qısa zamanda başlamaq üçün razılığımız var” – deyə siyasətçi bildirib.
Ouattara qeyd edib ki, Kot-d İvuar Nigeriya və Benin əsgərləri ilə birlikdə 850-1100 nəfərlik bir batalyon təmin edəcək və digər ölkələrin də onlara qoşulacaq.
Qeyd edək ki, bundan əvvəl Nigerdəki üsyançılar hərəkətə keçdiklərini bəyan ediblər. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland ölkəyə müdaxilə halında həbsdə olan prezident Mohamed Bazumu ləğv edəcəklərini bildirib. Bazumun Niameydəki prezident sarayında girov saxlandığı güman edilir.
Havar Şəfiyeva





