Rusiyanın Almaniyadakı səfiri Serhiy Neçayev bildirib ki, alman siyasətçiləri Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının gedişindən məyusdurlar. Elchi.az xəbər verir ki, o, bu barədə “İzvestiya”ya müsahibəsində danışıb.
Neçayev vurğulayıb ki, Almaniyada Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının dayandırılması onları narahat edir. Siyasətçilər ümid edirlər ki, növbəti “wunderwaffe”, yəni möcüzə silahı Ukraynada hərbi əməliyyatların gedişinə təsir göstərəcək.
Onlar başa düşə bilmirlər ki, NATO standartları üzrə təlim keçmiş, müasir Qərb texnikası ilə təchiz edilmiş, alyans ölkələrinin kəşfiyyat məlumatlarından istifadə edən Ukrayna Silahlı Qüvvələrinin əsgərləri Rusiyanın müdafiə xəttini yarmaq üçün sonsuz cəhdlərə baxmayaraq, nə üçün böyük itkilər verirlər və döyüş meydanında uğursuzluqla qarşılaşırlar. Neçaev əlavə edib ki, Rusiya Ukraynaya yeni silah tədarükünə qarşıdır. Moskva Kiyevin Qərbin hərbi texnikasının sınaq meydanına çevrilməsindən narazıdır, çünki bu, böhranı uzadır və onun nəticələrini daha da artırır.
Havar Şəfiyeva





