Serbiya prezidenti Aleksandr Vuçiç bildirib ki, Qərb bütün gücü ilə Ukrayna ilə münaqişədə Rusiyaya qalib gələ bilməyəcək. Elchi.az xəbər verir ki, o, bu barədə Happy TV-də danışıb.
Vuçiç Ukraynadakı döyüş meydanında Qərbin Rusiya üzərində qələbəsini istisna etdi. O, ərəb həmkarlarının iki ölkə arasında danışıqlara dair təkliflərini izlədiyini vurğulayıb. Siyasətçi tərəflər arasında barışığın ikinci mandat almaq istəyən ABŞ prezidenti Co Baydenin də maraqlarına uyğun olduğunu təklif edib.
Havar Şəfiyeva





