Rusiya Mərkəzi Bankı 2026-cı ilə qədər geosiyasi şərtlərin dəyişməyəcəyini və Rusiyaya qarşı sanksiyaların davam edəcəyini proqnozlaşdırıb.
Elchi.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının “2024-2026-cı illər Dövlət Pul Siyasəti” başlığı ilə dərc etdiyi hesabatda ölkə iqtisadiyyatına dair qiymətləndirmələr yer alıb.
Hesabatda 2024-2026-cı illəri əhatə edən baza ssenarisinə əsasən, ölkə iqtisadiyyatı hər il 1,5-2,5 faiz balanslaşdırılmış artıma nail olacaq.
Qloballaşmanın azalması ilə əlaqədar neft qiymətlərində azalma olacağını xatırladan hesabatda Rusiyanın Ural neftinin qiymətinin 2025-ci ildə 45 dollar olacağı da bildirilib.
Geosiyasi şərtlərin ciddi şəkildə dəyişməyəcəyi proqnozunun yer aldığı hesabatda “Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyalar proqnozların bütün müddəti ərzində qüvvədə qalacaq. Rusiya ixrac məhsulları qlobal bazarda endirimlə satılmağa davam edəcək.
Qlobal iqtisadiyyat üçün iki mümkün ssenarinin yer aldığı hesabatda birinci ssenaridə qlobal iqtisadiyyatda parçalanma prosesinin sürətlənə biləcəyi və Rusiyaya təzyiqin daha da artacağı proqnozlaşdırılıb.
Şayəstə Hüseynova





