Kürdəmirdə baş verən ağır qəzada xəsarət alanlardan biri dünyasını dəyişib.
Elchi.az “Report”a istinadən xəbər verir ki, baş verən qəza zamanı minik avtomobilində olan 61 yaşlı Əliyev Cavid Tahir oğlu, bir yaşlı qız və adı məlum olmayan üçüncü sərnişin ağır bədən xəsarətləri alıblar.
Həkimlərin səyinə baxmayaraq, körpə elə xəstəxanada dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.






