Amerikalı həmsədr Ceyms Uorlik bunu təxribat adlandırıb
ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ötən gün cəbhə xəttində ermənilərə məxsus pilotsuz uçan aparat haqqında yazıb.
ANS PRESS-in məlumatına görə, Uorlik Tvitter səhifəsində bu aparatdan istifadəni təxribat adlandırıb.
“Dağlıq Qarabağ bölgəsində təmas xətti boyunca pilotsuz uçuş aparatından istifadə təxribatdır. Tərəflər arasında gərginlik azaldılmalıdır”.
Xatırladaq ki, yanvarın 29-da saat 14.00 radələrində cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçan aparat (PUA) Hərbi Hava Qüvvələrimiz tərəfindən məhv edilib.

ANS PRESS



