Milyarder Corc Sorosun “Açıq Cəmiyyət Fondu” Avropa Birliyindəki fəaliyyətini demək olar ki, tamamilə dayandırmaq qərarına gəlib.
Elchi.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Macarıstan xidmətindən məlumat verilib.
“Açıq Cəmiyyətin fəaliyyətinin məhdudlaşdırılmasına səbəb AB qurumları və hökumətlərinin fondun məşğul olduğu sahələrə külli miqdarda vəsait xərcləmələri olub. Buna görə də, onlar işin daha səmərəli olacağı dünyanın digər hissələrinə diqqət yetirməyə qərar verdilər”, – məlumatda qeyd olunub.
Bildirilib ki, ötən cümə günü Açıq Cəmiyyət Fondundan maliyyə alan bütün Macarıstan təşkilatları fondun Avropa Birliyindəki fəaliyyətini dayandırması və öz resurslarını dünyanın digər hissələrinə köçürməsi barədə məktub aldıqlarını bəyan etmişdilər.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...





