Rusiya Mərkəzi Bankının növbədənkənar iclas keçirəcəyini açıqlamasından sonra dollar/rubl pariteti 96-ya düşüb.
Elchi.az xəbər verir ki, həftənin ikinci ticarət gününün açılışında rubl dollar qarşısında təxminən 1 faiz bahalaşıb, dollar/rubl pariteti isə 96-ya düşüb.
Dollar/rubl pariteti dünən 28 mart 2022-ci ildən bəri ilk dəfə olaraq 100 səviyyəsini keçib.
Rusiya Mərkəzi Bankı rublun ucuzlaşması ilə əlaqədar bu gün faiz dərəcəsi ilə bağlı növbədənkənar iclas keçirəcəyini açıqlayıb.
Ekspertlər Rusiya Mərkəzi Bankının bugünkü iclasında uçot dərəcəsini 8,5 faizdən 10-a qaldıracağını gözləyirlər.
Şayəstə Hüseynova




