Rusiya prezidenti Vladimir Putin bildirib ki, NATO bütün təzyiq vasitələrinin köməyi ilə gücünü artırır. Elchi.az bu barədə RİA Novostiyə istinadən xəbər verir.
“NATO-ya üzv ölkələr hücum imkanlarını inkişaf etdirməyə və modernləşdirməyə davam edir, hərbi qarşıdurmanı kosmosa və informasiya məkanına köçürməyə cəhd edir, hərbi və qeyri-hərbi təzyiq vasitələrindən istifadə edir. Və bütün bunlar silahlara nəzarət sisteminin məhv edilməsi fonunda baş verir”, – deyə siyasətçi bildirib.
O, həmçinin əlavə edib ki, dünyanın müxtəlif regionlarında yeni münaqişələr qızışdırılır.
Bundan əvvəl Rusiya lideri ölkənin alyansla toqquşmağa hazır olduğunu bəyan edib. Eyni zamanda, o, Moskvanın bu münaqişəni istəmədiyini, lakin hər zaman cavab addımlarına hazır olduğunu vurğulayıb.
Havar Şəfiyeva




