ABŞ-ın keçmiş prezidenti və namizədi Donald Tramp Corciya ştatının Fulton dairəsi üzrə prokurorluğun ona qarşı irəli sürdüyü ittihamları uydurma adlandırıb. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Keçmiş Amerika lideri ittihamları saxta adlandırıb və onların siyasi kampaniyanın ortasında məqsədli şəkildə irəli sürüldüyünü qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Trampın dörd cinayət işi üzrə müttəhim olduğu məlum olub. Siyasətçi və onun qərargahının üzvləri seçkilərin nəticələrini saxtalaşdırmaqda və məmurları andı pozmağa təhrik etməkdə ittiham olunur, maddə 20 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Havar Şəfiyeva






