Rumıniya Hərbi Dəniz Qüvvələri dənizkənarı Kostinesti kurortunda estakada partlayış nəticəsində ziyan vurduqdan sonra Qara dənizdə sürüklənən minaların axtarışına başlayıb. Elchi.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.
Partlayışın səbəbinin dəniz minası ola biləcəyi dəqiqləşdirilir. Eyni ərazidə başqa bir minanın da göründüyü, bundan sonra Rumıniyanın onun axtarışı üçün gəmi və helikopter göndərdiyi də ehtimal edilir.
Qeyd edək ki, bir müddət əvvəl Türkiyə sahillərində Qara dənizdə balıqçı qayığı mina tərəfindən partladılıb.
Bundan əvvəl Qara dənizdə Rumıniyaya məxsus hərbi gəmi zərərsizləşdirməyə çalışarkən minaya düşüb. Konstansa limanından təxminən 25 mil şimal-şərqdə aşkar edilib.
Havar Şəfiyeva






