Ekvadorda naməlum şəxslər “Vətəndaş İnqilabı” müxalifət hərəkatının üzvü Pedro Brionesi güllələyiblər. Elchi.az “Expreso” nəşrinə istinadən xəbər verir ki, bunu bu siyasi qüvvədən prezidentliyə namizəd Luis Qonzales bildirib.
Onun sözlərinə görə, ölkə hazırda tarixin ən qanlı dövrünü yaşayır. Siyasətçi Briones ailəsinin üzvləri ilə həmrəy olduğunu bildirib. O, həmçinin Ekvador hakimiyyətinə qarşı ittihamlar səsləndirib, onun fikrincə, təhlükəsizlik vəziyyətinin pisləşməsinə görə günahkardır.
İlkin məlumatlara görə, müxalif siyasətçi ondan pul qoparan dəstə üzvləri tərəfindən öldürülüb. Hüquq-mühafizə orqanları Brionesin başqa səbəblərdən təhdidlər alıb-almadığını öyrənirlər.
Bundan əvvəl Ekvador prezidentliyinə namizəd Fernando Villavicencio seçki iclasından sonra güllələnib. Hadisə nəticəsində 8 nəfərin yaralandığı bildirilir.
Havar Şəfiyeva






