Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan avqustun 31-də görüşə bilər. Elchi.az xəbər verir ki, görüşün mümkün tarixi barədə mənbəyə istinadən Shot Telegram kanalı məlumat yayıb.
“Putin və Ərdoğan arasında görüş avqustun 31-də, cümə axşamı baş tuta bilər. Hazırda görüş üçün bu tarix razılaşdırılır, nüanslar qalıb”, – deyə mənbə bildirib.
Avqustun 14-də Türkiyənin “Milliyet” qəzeti məlumatlı mənbəyə istinadən Rusiya prezidentinin yaxın günlərdə səfər edəcəyini açıqlayıb. Putinin səfəri ərəfəsində “Ankaranın Qara dəniz taxıl təşəbbüsü qarşısında duran problemləri həll etmək diplomatiyası daha da gücləndiyi” qeyd edilir.
Havar Şəfiyeva






