Türkiyə ilə ABŞ arasında taxıl sazişinə alternativlərlə bağlı təkliflər və müzakirələr olub. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti Ankaradakı mənbəyə istinadən məlumat yayıb.
“Bunlar Qərbin, xüsusən də ABŞ-ın təklifləri idi. Hələlik hər şey müzakirələr səviyyəsində idi, hələlik konkret qərarlar və ya plan yoxdur”, – deyə agentlikdəki mənbə bildirib.
Onun sözlərinə görə, Ankara sazişin bərpası üçün səylərini davam etdirir və BMT və Rusiya da daxil olmaqla bütün tərəflərlə danışıqlar aparır.
Bundan əvvəl “The Wall Street Journal” rəsmilərə istinadən xəbər verib ki, ABŞ Ukrayna taxılının alternativ ixrac marşrutlarını genişləndirmək üçün Türkiyə, Ukrayna və onun qonşuları ilə danışıqlar aparır. Qeyd olunur ki, Vaşinqtonun dəstəklədiyi plan oktyabr ayına qədər Dunay çayı boyunca ixrac qabiliyyətini ayda dörd milyon tona çatdırmağı nəzərdə tutur.
Havar Şəfiyeva






