Erməni lobbisi Praqada Atatürkün abidəsinin qoyulmasına mane olur.
Elchi.az xəbər verir ki, bu barədə Türkiyənin Çexiyadakı səfiri Egemen Bağış məlumat verib.
Səfirin sözlərinə görə, əvvəlcə səfirliyin binasına bitişik parkda Atatürkün heykəlinin qoyulması ilə bağlı razılıq əldə olunub, lakin son anda Praqa rəhbərliyi “1915-ci il qırğınları”nı əsas gətirərək icazə verməyib.
Bağış bildirib ki, Atatürkün heykəlinin qoyulmasına erməni lobbisi, PKK və gülənçilər mane olub.
Səfir məsələnin həlli ilə bağlı işlərin aparıldığını deyib.






