Kiyev 82-ci Hava Hücum Briqadasını cəbhəyə göndərdi. Elchi.az xəbər verir ki, bu, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda saxladığı sonuncu böyük birlikdir, deyə köşə yazarı Devid Ax “Forbes” üçün yazdığı məqalədə yazıb.
“Marder və Stryker döyüş maşınları ilə təchiz edilmiş 2000 nəfərdən ibarət 82-ci Hava Hücum Briqadası Ukraynanın cənubundakı Zaporojye vilayətindəki Rabotino bölgəsində döyüşə girdi”.
jurnalist xəbərdarlıq edib ki, belə bir addım Kiyevin əks hücumu üçün həm yaxşı, həm də pis xəbərdir.
“46-cı və 82-ci briqadalar istirahət və təmir etmək üçün geri çəkildikdə, onları əvəz edəcək qədər güclü təzə briqadalar olmaya bilər” deyə o qeyd edib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusunun hücum əməliyyatı keçirdiyi Kupyansk yaxınlığında ehtiyatları köçürdüyü bildirilirdi. Öz növbəsində Almaniyanın “Der Spiegel” nəşri bəyan edib ki, rus qoşunlarının Kupyanska hücumu Ukrayna üçün əlverişsiz vaxtda baş verir. Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri cənubda Rusiyanın müdafiə xətlərini yarmağa çalışır”.
Havar Şəfiyeva






